Zəfəran bulyonu – (Azərbaycan mətbəxi)

zəruri ərzaqlar:
Zəfəran şirəsini 60 q qoyun və ya 250 q mal sümüyünə 0,5 q nisbətində hazırlamaq.
Soğan- 1 ədəd
kök- 1 ədəd
cəfəru kökü-1 ədəd
keşniş- 4 şaxə
zəfəran- 0.5 q
duz- zövqə uyğun
   Sümükləri yuyub yaxşıca doğramaq. Qazana qoyub, üzərinə soyuq su əlavə etmək, əvvəlcə gücls odda qaynatmaq. Bulyon qaynayan kimi odu azaltmaq və müntəzəm olaraq əmələ gələn yağla kəfi yığmaq. 5 saata yaxın zəif odda qaynatmaq.
 Qaynama prosesi bitməzdən 1-1,5 saata əvvəl bulyona baş soğan, kök, cəfəri kökü və duz əlavə etmək. Hazır bulyona zəfəran şirəsini əlavə edib soyutmaq.
 Süfrəyə verməzdən əvvəl üzərinə xırda doğranmış göyərti tökmə.
                                     Pörtlədilmiş tərəvəzli                                                  bulyon
 
Zəruri ərzaqlar: 
ət bulyonu-400 q
kök- 1 ədəd
soğan- 1 ədəd
savoy kələmi- 40 q
kəvər- 40 q
pomidor- 1 ədəd
kərəviz (kökü)-
cəfəri-2 şaxə
dəfnə yarpağı- 1 ədəd
istiot dənələri- 2 ədəd
mixək- 2 ədəd
kərə yağl- 1 xörək qaşığı
 Yuyulmuş və təmizlənmiş kök, baş soğan və kərəvizi kiçik kubiklərlə doğramaq.
 Savoy kələmini 2 dəqiqə qaynar suda saxlayıb xırda dilimləmək. Bütün bu tərəvəzləri səliqəli şəkildə tavaya qoyub qarışdırmadan duzlamaq və üzərinə qaynar bulyon əlavə etmək. Qapağını örtüb qaynamağa çatdırmaq. Bulyon qaynadıqdan sonra istiot dənələrini, dəfnə yarpağını və mixəyi əlavə etmək.
 30-40 dəqiqə ərzində duxovkada hazır vəziyyətə çatdırmaq. Tərəvəzlər pörtləyənə kimi pomidoruyuyub dilimləmək 3-5 dəqiqə ərzində zəif oda vermək.
Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir