Çin bulyonu – (Çin mətbəxi)

Zəruri ərzaqlar:
Toyuq-1 kq
donuz qablrğalarl-300 q
mal sümükləri (lüləşəkilli)- 450 q
soğan- 4 ədəd
zəncəfil kökü- 50 q
 Toyuğun dərisini soyub, qabırğalarını yağdan təmizləmək, mal sümüklərini doğramaq, iliyi çıxartmaq. Hamısını yaxşıca yuyub, üzərinə soyuq su tökmək, güclü oda qoymaq və qaynamaya çatdırmaq. Sonra odu azaldıb 1,5 saata yaxın qaynatmaq, müntəzəm surətdə kəfu və yağı yığmaq.
 Soğanı və zəncəfil kökünü təmizləmək, yumaq. Zəncəfili dilimləmək və soğanla birgə xəfif qaynayan bulyona əlavə etmək. Daha 30 dəqiqə qaynatmaq. Bulyonu soyutmaq, əmələ gələn yağı yığmaq və bir daha qaynatmaq.
Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir