Töhməti aradan qaldırmaq üçün cəza

Həzrət Yusif (ə) padşah olduğu zamanlarda sarayında oturmuşdu. Köhnə paltarlı bir cavan sarayın yanından keçirdi. Həzrət Cəbrail (ə) gəlib buyurdu: “Ey Yusif! Bu cavanı tanıyırsan?” Buyurdu: “Yox”. Cəbrail (ə) dedi: “Bu, həmin uşaqdır ki,  Züleyxa səni izləyib köynəyini arxadan tutub cırdıqda Misirin vəziri çatdı”. Züleyxa dedi: “Sənin əhli-əyalına xəyanət edən kəsin cəzası zindandan və əzabdan başqa bir şey deyil”. Sən dedin: “O məni israrla özünə tərəf dəvət etdi və mən bu ittihamdan narazıyam”. Sonra beşikdə olan uşaq o qadının evində şahid olaraq danışmağa başladı və şəhadət verdi ki, əgər onun köynəyi arxadan cırılmışsa, o qadın yalan deyir. Belə deyilsə, o düz danışanlardandır. Misirin vəziri köynəyin arxadan cırıldığını gördükdə Yusifə töhmət vurulduğunu anladı. Dedi: “Bu qadın hiyləsidir. (Yusif  canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında qadının ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir.”
   “(Qadını əri) Yusifin köynəyinin arxadan cırıldığını gördükdə: “Bu sizin (siz qadınların) hiylələrinizdəndir. Doğrudan da, sizin hiyləniz böyükdür!”. Həqiqətdə bu cavanın şəhadətinə görə sənin paklığın sabit olundu və ləyaqətsiz töhmət səndən uzaqlaşdı”. Həzrət Yusif (ə) buyurdu: “Mənim boynumda onun haqqı var. Onu gətirin. O gələndə Həzrət Yusif (ə) əmr etdi ki, ona gözəl paltarla geyindirsinlər”. Hər ay onun üçün hüquq təyin edib, ona çoxlu hədiyyə verdi.
 Cəbrail (ə) təbəssüm etdi. Həzrət Yusif (ə) buyurdu: “Onda az ehsan etmişəm ki, təbəssüm edirsən?” Dedi: “Yox. Təbəssümüm ona görə idi ki, sən həqiqi şəhadət verən cavana bu qədər ehsan etdin. Onda Kərim Allah ömrü boyu haqq şəhadəti verən mömin bəndəsinə nə qədər ehsan verəcək?”
Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir