Şorba- geniş yayılmış xörəkdir

Şorba- geniş yayılmış xörəkdir. O, naharın əhəmiyyətli hissəsini təşkil edir.
 Şorbanın hazırlanması üçün müxtəlif ərzaqlardan- tərəvəz, (kartof, yarma, paxla) makaron məhsulları, ət, balıq, göbələk və s. istifadə olunur. Bu məhsulların tərkibi insan orqanizmi üçün zəruri olan çeşidli qida maddələri – zülal, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələrlə zəngindir. Birinci xörək kimi istifadə olunan şorba həzm prosesində əhəmiyyətli rol oynayır. Bulyonun tərkibindəki ətin ekstraktiv maddələri, soğan və tərəvəz həzm vəzilərinin fəaliyyətini intensivləşdirir, iştahanı artırır.
Şorbalar hazırlanma qaydasına görə ədviyyatlı, püreşəkilli və şəffaf, hərarətindən asılı olaraq qaynar və soyuq növlərə ayrılır. Bu xörəklər ət, balıq, və göbələk bulyonunda, meyvə-giləmeyvə həlimində hazırlanır, həmçinin süd, kvas, şorbadan istifadə edilir.
 Şəffaf şorbalar üçün hər bir qarnir ayrıca qaynadılır və pörtlədilir, süfrəyə verməzdən öncə boşqablara qoyulur və üzərinə şəffaf şorba tökülür. Ədviyyatlı şorbalar tərkibindəki ərzaq məhsullarının növündən asılı olaraq aşağıdakı qruplara bölünür: borş, horra, rassolnik, duzlaqlar. Bu cür şorbaları tərəvəz, yarma, paxla, un və makaron məmulatları ilə hazırlayırlar. Köməkçi ərzaqlar bulyona çiy, pörtlədilmiş və ya qaynadılmış halda əlavə edilir.
Püre-şorbada  istifadə edilən ərzaqlar əvvəlcə qaynadılır, sürtgəcdən keçirilir, sonra üzərilərinə qaynadıldıqları bulyon və ya həlim tökülür, un, yağ, bəzən ayrı-ayrı ədviyyatlar qatılır, sonra qaynadılır və ya isidilir. Ədviyyatlı şorbalar daha geniş yayılıb və daha çeşidlidir.
 Yaxşı şorba hazırlamaq yüksək sənətlarlıq, xüsusi vaxt və diqqət tələb edir. Bu məlumatlarda istənilən zövqü oxşayan şorba tapmaq olar: ən sadəsindən tutmuş ən nəfisinədək. Həmçinin siz şorbanın əsasını təşkil edən dadlı bulyonun necə hazırlanmasını, birincisinin necə ətirli olmasını öyrənəcəksiniz ki, bu da süfrənizin mükəmməl və rəngarəng olmasına kömək edəcək.
                                  Qaynar şorbalar
Evdə bişmiş bir boşqab şorbadan dadlı və ətirli nə ola bilər ki?! Onu yemək olduqca xoş, hazırlamaqsa asandır. Qaynar şorba yağlılığından və qatılılığından asılı olaraq gündəlik menyumuzda istənilən yeri tuta bilər. Sadə bulyon və püre-şorba  birinci xörək kimi yaxşıdır. Qatı paxla şorbası isə xırt-xırt çörək və salatla verildikdə artıq doyumlu nahardır.
 Qaynar şorbanın əsas hazırlanma qaydası: əvvəlcə bulyon qaynadılır ( ət, toyuq, tərəvəz, balıq), sonra qaynama vaxtından asılı olaraq müəyyən ardıcıllıqla hazırlanmış ərzaqlar və qızardılmış tərəvəzlər əlavə edilir, şorba hazır olmazdan 10-15 dəqiqə əvvəlcə duz, qara istiot dənələri, dəfnə yarpağı səpilir; qaynamanın sonunda şorbada qovurulmuş və bulyonla həll olunmuş un və ağ sous qatmaq olar.
Şorbanın bərk qaynamasına yol vermək olmaz, bu ərzaqların dağılmalarına, formalarını itirmələrinə və son nəticədə bulyonun bulanıq olmasına gətirib çıxarır.
Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir