A hərfi ilə başlayanlar

İbn Sirin:
Kim yuxusunda hər hansı bir həqiqəti  təsdiqləmək qəsdi ilə and içdiyini görərsə, yuxusu yaxşı bir iş görəcəyindən, ona etibar edilən əmanəti qoruyaraq sahibinə qaytaracağından, haqq şahidlik edəcəyindən, yaxud xeyriyyə işləri ilə məşğul olacağından və eləcə də qorxduğu təhlükələrdən amanda olacağından; yalan and içdiyini görərsə, Haqq-təalanın qəzəbinə düçar olacağından və tövbə edib ona üz tutmayacağı təqdirdə həm dünya, həm də axirət nemətlərindən və xeyrindən məhrum olacağından xəbər verir. Bir insan yuxusunda həqiqəti əks etdirməyən bir fikri, mövqeyi, mühakiməni təsdiq etmək üçün and içdiyini görərsə, bu o deməkdir ki, gerçək həyatda işlədiyi günahlara görə nəzərdə tutulan cəzalardan xilas olmaq üçün tövbə etməlidir. Həmçinin, yalana söykənən andla bağlı yuxu and içənin imanının korlanmasına və əqidəsinə xələl gəlməsinə işarə kimi də yozula bilər. Uca Allah belə yalançı və münafiqlər haqqında buyurur: “Onlar bilə-bilə yalandan and içirlər! ” (“Mücadələ” surəsi, 14-cü ayə).
Abadlıq:
 İbn Sirin: İnsanın yuxuda mədrəsə (məktəb), məscid, xanəgah və s. kimi istifadəyə yararsız hala gəlmiş bir tikilini təmir etdiyini görməsi, onun mənəviyyatını islah etməsi, aqil bir insana çevrilməsi və axirət mükafatı qazanmasına dəlalət edir. Özünə məxsus bir mülkü, o cümlədən evi, dükanı və s. təmir etdiyini görməsi isə qarşıda onu gözləyən dünyəvi mənfəətlərdən xəbər verir. Yuxuda abad bir yerin viran olduğunu (istifadəyə yararsız hala gəldiyini) görmək, həmin yerin əhalisinin sınaq və müsibətlə üzləşəcəyinə işarədir.
 Cabir Məğribi: Bir şəxs yuxuda abad bir yerdə məskunlaşdığını, yaşadığını görərsə, təbirə əsasən, həmin yeri nə qədər abad görmüşsə, bir o qədər çox xeyir və mənfəətə nail olacaqdır. Əks halda (istifadəyə yararsız halda olan bir yerdə məskunlaşdığını gördüyü təqdirdə) isə yuxusu onu gözləyən şər hadisədlərdən, zərərlərdən xəbər verir.
  İmam Sadiq (ə): Yuxuda abadlıq görmək dörd şəkildə yozulur: 1) dünyəvi işlərin yolunda getməsi; 2) xeyir və mənfəət əldə etmək; 3) murada çatmaq; 4) düyünlənmiş işlərin çözülməsi.
Abnus (abnos) ağacı:
 İbn Sirin: Yuxuda abnus ağacı (qarağac) öz işində, sahəsində ciddi, lakin zəngin olmasına baxmayaraq paxıl bir insana dəlalət edir.
Kirmani: Yuxuda abnus ağacı çalışqan, qətiyyətli və eyni zamanda paxıl qadın deməkdir.
İmam Sadiq (ə): Yuxuda abnus ağacı çalışqan, qətiyyətli və eyni zamanda paxıl bir insana işarədir.
Aclıq:
İbn Sirin: Yuxuda ac olmaq, toxluqla müqayisədə, aclıq və toxluq isə susuzluqla müqayisədə yaxşı əlamət sayılır. İnsanın yuxusunda ac olduğunu və yeməyə bir şey tapmadığını görməsi hərislik əlamətidir.
Cabir: Yuxuda ac olmaq müsibət əlamətidir. İnsanın yuxusunda ac olduğunu və bir şey yeyərək doyduğunu görməsi günahlarından tövbə edəcəyinə işarə kimi yozulur.
Həzrət Sadiq (ə): Yuxuda aclıq dörd cür mənalandırılır: 1) yardım və sıxıntı; 2) hərislik; 3) günah; 4) insanların sahib olduqlarına tamah salmaq.
Açar:
İbn Sirin: Yuxuda açar insanların problemlərini həll edən bir kişiyə dəlalət edir, həmçinin düşmən üzərində qələbə kimi də yozulur. İnsanın yuxusunda çoxlu sayda açarı olduğunu görməsi nüfuz qazanacağından xəbər verir.
 Danyal (ə): İnsanın yuxusunda dəmir açarı olduğunu görməsi güc, qüdrət əlamətidir. Mis, bürünc açarı olduğunu görməsi, sözlərinin insanlarda maraq oyadacağından, taxta açarı olduğunu görməsi gəlirinin azalacağından, gümüş və ya qızıl açarı olduğunu görməsi isə mal-dövlət əldə edəcəyindən xəbər verir.
 Cabir: İnsanın yuxusunda qıfılı aça bilmədiyini açarının itdiyini və ya xarab olduğunu görməsi, gerçək həyatda bunun əksi ilə qarşılaşacağına, açarla qıfıl açdığını görməsi isə evlənəcəyindən, yaxud kəniz alacağından xəbər verir.
 Həzrət Sadiq (ə): Yuxurq açar səkkiz mənaya yozula bilər: 1) müjdə; 2) qəm-qüssədən qurtuluş; 3) xəstəlikdən şəfa tapmaq; 4) murada çatmaq; 5) imanın gücü; 6) ehtiyacların təmin edilməsi; 7) duanın qəbul edilməsi; 8) bilik (maarifləndirmə).
Ad:
İbn Sirin: Yuxuda ad dəyişdirmək, yeni adın dəyişdirilən addan yaxşı olduğu, məsələn, Məhəmməd, Əhməd, Səid, Saleh kimi adlardan biri olduğu təqdirdə xeyirə əlamətdir. İlk adla müqayisədə pisbad olduğu təqdirdə isə günah və fitnə-fəsada işarə kimi yozulur.
 Həzrət Sadiq (ə): Yuxudq Əbulxeyr, Əbulfəzl, Əbu Səid kimi gözəl ad və künyələr eşitmək xeyirə əlamətdir. Əbucəh, Əbuləhəb kimi mənfur ad və künyələr eşitmək isə şər və fəsad əlamətidir.
Aftafa:
İbn Sirin: Yuxuda aftafa evin çırağının həvalə edildiyi xadimə, yaxud kəniz deməkdir. Bəzi təbirçilərə görə isə aftafa bir tayfanın xidmətləri sayəsində müsibətlərdən xilas olduğu bir xadimə işarədir. Yuxuda əlində yeni bir aftafa tutmaq, yaxud başqasından almaq yuxu sahibinin yuxarıda qeyd edilən özəlliyə sahib bir xadiməyə sahib olacağına dəlalət edir. Yuxuda aftafanın sınması yuxu görənin xadiməsinin, kənizinin xəstələnməsi, yaxud ölümündən; aftafanın istifadəyə yararsız vəziyyətə düşməsi isə qaçması, yaxud onun yanından ayrılmasından xəbər verir.
 Həzrət Sadiq (ə): Yuxuda aftafa doqquz yerə yozula bilər: 1) qadın; 2) xidmətçi; 3) Kəniz; 4) səbat (yaxud nizam-intizam); 5) bədən; 6) uzun ömür; 7) mal-dövlət; 8) xeyir-bərəkət; 9) qadınlar üçün rahatlıq.
Ağaclar:
Danyal (ə): İnsanların xüsusi qayğı ilə yanaşdığı ağaclarla bağlı yuxu şəfaətli və nüfuzlu bir kişiyə dəlalət edir. Meyvə ağacları zəngin, meyvə verməyən ağaclar isə yoxsul kişiyə işarədir. Ərəb ölkələrində bitən ağaclar bədəvilərə ( köçəri həyat tərzi sürən insanlara), əcəm  ölkələrində bitən ağaclar isə milliyəti ərəb olmayan insanlara işarə kimi yozulur. Yuxu sahibinə tanış gəlməyən, yaxud məsciddə və ya namazgahda gördüyü ağac isə dinin mövqeyinin güclənməsinə, yaxud yuxu sahibinin imanının artmasına dəlalət edir. Bağda görülən ağac bağ sahibi üçün mal dövlət əlamətidir. İnsanın yuxusunda bir ağacı kökündən çıxardığını görməsi, gerçək həyatda bir şəxsi hörmətdən salacağından, yaxud vəzifəsini itirməsinə səbəb olacağından xəbər verir.
Abnus (abnos) ağacı: işindən yorulan kişiyə, bəzi təbirçilərə görə isə qadın, yaxud kənizə;
Alma ağacı: sərv ağacının təbiri ilə eyni mənaya;
Armud ağacı: xoşxasiyyət, mülayim və zəngin bir kişiyə;
Badam ağacı: bədəməl qadına;
Çinar ağacı: dostlarına və yaxınlarına xeyri toxunan pak bir insana;
Əncir ağacı: xəstə kişiyə;
Fındıq ağacı: milliyəti ərəb olan daşürəkli, lakin əyləncəni xoşlayan və insanların nadir hallarda davranışlarından xeyir gördüyü bir kişiyə;
Gavalı ağacı: cəmiyyət üçün faydalı olan həkimə, sarı albalı ağacı isə xəstəliyə;
Hindistan qozu ağacı: yalançı və cadugər kişiyə;
Xurma ağac: şərafətli və bilikli kişiyə, öz evində xurma ağacı görmək isə görkəmli bir şəxslə tanışlıq və dostluqa;
İydə ağacı: incə ruhlu, nəzakətli və mehriban kişiyə;
Qamış: bədxasiyyət və söz gəzdirən kişiyə;
Qoz ağacı: ailəsinə qarşı əliaçıq olan əcəm (milliyəti ərəb olmayan) kişiyə, qoz ağacının budağında oturmaq isə nüfuzlu bir əcəmlə qohumluğa;
Mərsin: insanlarla yola getməyən tündxasiyyət kişiyə, başqa bir təbirə görə isə üstün mənəvi keyfiyyətlərə malik, zəngin bir əcəmə;
Nar ağacı:
Zəngin kişiyə, bəzi təbirçilərə görə isə zəngin və ləyaqətli qadına;
Palıd ağacı:
 Nadan və öz yaxınlarına qarşı riyakar davranan kişiyə;
Sənubər (Hüknar) ağacı:
 Yoxsul, imansız, dünya və axirət səadətindən məhrum olan kişiyə;
Sərv ağacı: 
Zəkalı və zirək bir əcəmə (milliyəti ərəb olmayan bir kişiyə);
Sidr ağacı:
Görkəmli, lakin utancaq bir kişiyə;
Sitrus meyvələrinin ağacları:
Tündxasiyyət və sarıbəniz (yaxud solğun bənizli) kişiyə;
Şaftalı ağacı:
Zəngin, müdrik, mülayim və vüqarlı kişiyə;
Ud ağacı:
Yaraşıqlı, xoşxasiyyət, şirindil və zəngin kişiyə;
Üzüm ağacı:
Nəcib, gözəl xoşrəftar və zəngin kişiyə;
Zeytun ağacı:
Əsil-nəsəbli, lakin maddi rifah səviyyəsi yüksək olmayan və nadir hallarda yaxşılıq edən kişiyə işarədir.
 Ümumiyyətlə, meyvə verən istənilən ağac meyvəsi nəzərə alınmaqla nemətlə əlaqədar yozulur. İnsan yuxusunda bir meyvə ağacının meyvəsindən yediyini görərsə, bu o deməkdir ki, həmin meyvənin dəyərindən və və miqdarından asılı olaraq, kiminsə sayəsində maddi nemət əldə edəcəkdir. Bəzi təbirçilərə görə isə yuxuda ağac qadın deməkdir. Tikanlı ağaclar bədxasiyyət və namülayim kişi mənasənda yozulur.
 Kirmani: Ağacların kökü yuxu sahibinin dini vergilərini könüllü surətdə verməsinə işarədir. Güclü ağac kökləri yuxu görənin malının zəkatını dəqiqiliklə ödəməsindən; zəif köklər isə zəkatını tam ödəməməsindən xəbər verir. Ağac qabığı yuxu sahibinin orucu ilə əlaqədar yozulur. Belə ki, əgər yuxuda möhkəm ağac qabığı görərsə, bu o deməkdir ki, bu önəl ibadəti lazımi qaydada yerinə yetirir. Ağacın budaqları isə yuxu sahibinin qardaşlarına, qohumlarına və övladlarına dəlalət edir. Ağacın budaqlarının sayının çox olması yuxu görənin qohumlarının  və ailə üzvlərinin  sayının çoxalmasından xəbər verir. Ağac yarpağı isə yuxu sahibinin  xasiyyətindən söz açır. Belə ki, yarpaqlarının sayının çox olması onun xoşxasiyyətliyindən, az olması isə, əksinə, bədxasiyyətliliyindən xəbər verir. Ağacın meyvəsinə gəlincə, bu yuxu görən insanın iman və təqvasını açıqlayır və bol bəhrəli olması onun imanının güclü olmasına dəlalət edir. Yuxuda ağac kəsmək, yaxud əyərək yerə yıxmaq isə, yuxu sahibinin dünyasını dəyişəcəyinə və ya vəziyyətinin pisləşəcəyinə işarə kimi yozulur.
Ağca qanad:
İbni Sirin: Ağcaqanad diqqətə layiq bir işi, məşğuliyyəti və uğuru olmayan zəif, aciz və şəxsiyyətsiz kişi deməkdir. Yuxuda ağcaqanadla əlləşmək zəif bir kişi ilə düşmənçiliyə dəlalət edir. Kim yuxusunda boğazına ağcaqanad getdiyini görərəsə, bu o deməkdir ki, zəif və aciz bir kişi ilə alçaq, yxaud dəyərsiz bir işlə məşğul olacaq və həmin işdə cüzi qazanc əldə edəcəkdir. Kim yuxusunda  çox sayda ağcaqanadən bədəninə daraşdığınl və onu dişlədiyini görərsə, bu o deməkdir ki, avam insnaların dilinı düşəcək və onlardan zərər görəcəkdir. Bu təbir ağcaqanadın insanların qanını sorması ilə əlaqədardır. Kim yuxusunda ağcaqanadın qulağına, yaxud burnuna girdiyini və ona əziyyət verdiyini görərsə, bu o deməkdir ki, zəif, yaxud şəxsiyyətsiz insanlardan zərər görəcəkdir.
Kirmani: Kim yuxusundq evinin ağcaqanadla dolduğunu görərsə, yuxusu ona üz verəcək kədərə; ağacaqanadın burnuna girdiyini  və çxımadığını görərəsə, möhnət və bəlaya dəlalət edir.
Ayaqqabı qəlibi:
İbn Sirin: İnsanın yuxusunda ayaqqabı qəlibi görməsi, özünə qulluqçu tutacağından, ayaqqabı qəlibini itirməsi qulluqçusunun onun yanından ayrılacağından, çox sayda ayaqqabı qəlibi olduğunu görməsi isə (xüsusən, yuxu görən şəxs ayaqqabıçı olduğu təqdirdə) xidmətçilərdən xeyir görəcəyindən xəbər verir.
Ayaqyolu:
İbn Sirin: Bir şəxs yuxuda ayaqyolu tikdiyini görərsə, yuxusunu onun dünya malına həris və simic olacağı kimi yozulur. Bəzi təbirçilərin sözlərinə görə isə sözü gedən yuxu dinsiz, haramxor, cadugər bir qadınla evlənməyə işarədir. Ayaqyolunda sidik və nəcis ifraz etdiyini görmək, naz-nemət içində üzmək deməkdir. Yuxuda kiminsə öz evinin ayaqyolu quyusuna düşdüyün görmək, həmin şəxsin öz var dövlətini yığıb saxlaması, xərcləməyə simiclik etməsi; başqa bir ayaqyolu quyusuna düşdüyünü görmək isə onun ağlr bir bəla ilə üzləşməsi kimi təbir edilir.
 İmam Sadiq (ə): Yuxuda ayaqyolu görmək beş şeylə əlaqələndirilir: 1) haram mal; 2) dünya həyatı; 3) xəzinə; 4) haram işə başlama; 5) qadın xidmətçi, yaxud haramyeyən bir qadın.
Ayətəl-kürsü
Yuxuda ayətəl-kürsü oxumaq fəlakətlərdən, bəlalardan uzaq olmaq və işlərdə irəliləyiş deməkdir.
Kirmani:  Yuxusunda ayətəl-kürsü oxuyan şəxs yoxsuldursa, zəngin olar; xəstədirsə, şəfa tapar; qəmgindirsə,şad olar; kölədirsə azad olar.
İmam Sadiq (ə): Yuxuda ayətəı-kürsü oxuyan insanın şan-şöhrəti, nüfuzu artar, mövqeyi yüksələr.
Ağciyər:
Yuxuda ağciyər görmək şadlıq əlamətidir. İnsanın yuxusunda ikidən artıq ağciyəri olduğunu görməsi, sevinəcəyindən, ağciyərini kiməsə bağışladığını görməsi isə, həmin şəxsə qarşı lütfkarlıq göstərəcəyindən xəbər verir.
Cabir: Bir şəxs yuxusunda əti halal sayılan heyvanlardan birinin ağciyərini çiy, yaxud bişmiş halda yediyini görərsə, yuxusu halal yolla qazanc əldə edəcəyindın xəbər verir.
Ağıl:
Aqil insan yuxusunda ağlını insan cildində görərsə, belə ki, gözünə görünən bu xəyali varlıq onunla danışaraq, ona onun ağlı olduğunu söyləyərsə və o da buna inanarsa, yuxusu hökmdarın oğlu ilə dostluq edərək, bu dostluqdan xeyir görəcəyindən xəbər verir.
  Kirmani: İnsanın yuxusunda ağlın öncəki yuxuda təsvir edilən surətdə görməsi zəngin olacağından, hörmət qazanacağından və yüksək mənsəb sahibi olacağından, habelə ağlı ilə yanaşı ruhunu da insan surətdə görməsi, gözünə görünən bu mövhum varlıqların özlərini onun ağıl və ruhu kimi təqdim etməsi və onun da buna qəti inanması həyatda bəxtinin üzünə güləcəyindən və var dövlətindən, sahib olduğu maddi nemətlərdən lazımınca yararlanacağından xəbər verir.
   Cabir: Yuxuda ağıl və ruh valideynləri simvolizə edir. Yuxu görənin valideynkəri həyatdasılarsa, ancaq itkin düşmüşlərsə, yaxud onlardan uzaqdadırsa və xəbər alal bilmirsə, yuxusu onları yenidən görəcəyinə, onlara qovuşacağlarına, dünyadan köçmüş olduqları təqdirdə isə onlar üçün etdiyi dua və verdiyi sədəqələrin onlara çatacağına (günahlarının əfv edilməsi, mükaflarının artırılması üçün faydalı olacağına) işarədir.
Ağız:
Danyal (ə): Yuxuda ağız işlərin açarı və nəticəsi kimi mənalandırılır və ağızdan çıxan hər şey insanın danışığının dəyərinə dəlalət edir. Ağıza alənan bütün qiymətli daşlar isə ruzi-bərəkət əlamətidir. Qidalar isə onları ağzına alan, yeyən insanın dindarlıq səviyyəsini, imanının mahiyyətini göstərir. İnsanın yuxusunda ağzına ikrahla bir şey aldığını və onu çətinliklə yeyə bildiyini görməsi, məişət həyatında üzləşəcəyi sıxıntı və çətinliklərdən xəbər verir. Ağzındakı qidanın şirin olması və onu asanlıqla həzm etdiyini görməsi isə, güzəranının xoş keçməsinə işarə kimi yozulur.
İbn Sirin: Kim yuxusunda ağzının açılmadığını görərəsə, yuxusu faciəvi şəkildə dünyasını dəyişəcəyinə, yaxud xəstələnəcəyinə və ya əcəlinin yaxınlaşdığına; ağız boşluğunun həddindən ziyadə genişləndiyini və ağzına normadan artıq qida sığdığını görərsə, xoş sözlər eşidəcəyinə; ağzının əyildiyini; funksiyalarının zəiflədiyini, yaxud deformasiyaya məruz qalaraq çirkin şəkil aldığını görərəsə, iyrənc sözlər danışmasına və heç bir işə yaramamasına; ağız boşluğundakı ətin yerə düşdüyünü görərsə, ziyanla üzləşəcəyinə; ağzından qan gəldiyini görərsə, kiminsə onun barəsində düşməncəsinə danışdığı sözlərin qulağına çatacağına; həmin qanın şalvarını bulaşdırdığını görərsə, həmib mühakimənin qadınlar üzündən olmasına dəlalət edir.
İsmail Əşəs: Kim yuxusunda ağzından qurd, yaxud başqa bir canlının çıxdığını görərsə, yuxusu həyat yoldaşlarınsan birinin dünyasını dəyişəcəyinə, yaxud onunla boşanacağına; ağzından çirk gəldiyini görərsə, insanlar üçün gördüyü bütün xeyirli işlərin minnət qoyduğuna görə puç olacağına; ağzından xoş qoxu gəldiyini görərsə, insanların ona minnətdarlıq edərək tərifləyəcəyinə; xoşagəlməz qoxu gəldiyini görərsə, onu məzəmmət edəcəklərinə;  ağzından mirvari töküldüyünü , insanların tökülən mirvariləri yığdıqlarını, lakin, özünün həmin ləl-cəvahiratdan bir inci belə götürə bilmədiyini görərsə, insanların onun elmindən faydalanacağına ancaq özünə heç bir fayda verməməsinə; çirk tüpürdüyünü və insanların ondan qaçdıqlarını görərsə, həcv məzmunlu şeirlər yazmasına; tanımadığı bir şəxsin onun ağzını möhürlədiyini görərsə, insanlar arasında rüsvay olacağına dəlalət edir.
 Cahiz: Kim ağzından bir şey çıxdığını görərsə, yuxusu danışdığı sözlərlə əlaqələndirilərək yozulur. Ağzından çıxan şey yaxşı bir şey olarsa, yuxusu yaxşı sözlər danışmasına, pis bir şey olarsa, pis sözlər danışmasına işarə kimi yozulur. Ağzına yaxşı bir şey qoyduğunu görərsə, yuxusu halal ruzi qazanmasından; iyrənc bir şey qoyduğunu görərsə, haram yolla qazanc əldə etməsindən xəbır verir. Ağzından dürr töküldüyünü görərsə, bu o deməkdir ki, kimdənsə şikayət etmən niyyətindədir.
İmam Sadiq (ə):  Yuxuda ağız yeddi mənaya yozula bilər:1) mənzil; 2)büdcə; 3) işlərin yoluna düşməsi; 4) mal-dövlət; 5) dilək; 6) vəzir; 7) qapıçı.
Ağlamaq: 
İbn Sirin:  Yuxud ağlamaq uca Allahın lütfü olan bir sevinci simvolizə edir. İnsanın yuxusunda hər hansl bir günahına görə, yaxud elm, Quran qiraəti məclisində və bu qəbildən olan yerlərdə ağladığını görməsi, Haqq-təalanın öz lütfkarlığı  ilə onu mərhəmətindən nəsibləndirərək günahlarını bağışlayacağından xəbər verir. Ağladığını lakin gözündən yaş gəlmədiyini görməsi ziyan, ağladığını və gözündən su yerinə qan axdığını görməsi isə keçmişdə görülmüş bir işlə əlaqədar peşmançılığ əlamətidir.
 İmam Sadiq (ə): İnsanın yuxusunda ağladığını və ardınca güldüyünü görməsi əcəlinin yaxınlaşacağından xəbər verir. Uca Allah buyurur: “Güldürən də, ağladan da Odur! Öldürən də, dirildən də Odur!”
Axsamaq: 
İbn Sirin:  İnsanın yuxusunda axsadığınl görməsi, qohumlarının yanında rüsvay olacaqından xəbər verir.
 Kirmani: İnsanın yuxusunda axsadığını görməsi, muradlna çatmayacağından xəbər verir.
 Cabir: İnsanın yuxusunda hər iki ayağının axsasdğını görməsi kiminsə idarəedicilik qabiliyyətinə inamacağından, həyat axsaq oaln bir insanın yuxusunda ayaqlarının düzəldiyini görməsi məqsədinı nail olacağından xəbər verir.
İmam Sadiq (ə): Yuxuda axsaq adam görmək beş cür yozula bilər: 1) mənfəət; 2) gücsüzlük, bacarıqsızlıq; 3) yoxsulluq; 4) qəm-kədər; 5) məişət problemləri.
Alim:
İbn Sirin: Cahil bir insanın yuxusunda alim, yaxud fəqih olduğunu görərsə, yuxusu insanların dillərinə düşəcəyindən xəbər verir. Bu yuxunu bilik sahibi olan bir şəxsin görməsi isə biliyinin artacağına işarə kimi yozulur.
Kirmani: Elm əhli olmayan bir şəxsin yuxusunda insanlara elm öyrətdiyini görməsi, hiyləgərliyi ilə yaşadığı bölgənin əhalisini ələ salacağından, eyni yuxunu elm əhli olan bir insanın görməsi, yüksək mövqe, mənsəb sahibi olacağından, yuxunu görən şəxsin insanlara biliyi müəyyən ödəniş müqabilində öyrətdiyini görməsi isə, insanlardan rüşvət alacağından xəbər verir.
İmam Sadiq (ə): Elm əhli olan bir şəxsin yuxusunda özünü elə alim kimi görməsi dörd mənaya yozula bilər: 1) böyüklük; 2) izzət; 3) insanlar tərəfindən qəbuk edilmək (insanların rəğbəti); 4) hakimiyyət.
Azan:
İbn Sirin: Hər hansı bir əməlisaleh, mömin və təqvalı bəndə yuxusunda tanıdığı bir yerdə azan oxuduğunu, yaxud eşitdiyini görərsə, yuxusu həcc ziyarətinə işarə kimi yozulur. Azanı tanımadığı bir yerdə oxuduğunu, yaxud eşitdiyini gördüyü təqdirdə isə yuxusu ona üz verəcək xoşa gəlməz bir hadisədən xəbər verir. Bu yuxunu günahkar bir insanın görməsi, o deməkdir ki, onu oğurluqda ittiham edəcəklər. Kim yuxusunsa məscid, yaxud minarədən azan səsi eşidərsə, yuxusunu insanları Allaha (haqq yola) çağıracağına ; yatağında uzanmış halda azan oxuduğunu görərsə, həyat yoldaşı ilə mehriban davranacağına; öz evində azan oxudunu görərsə, müflis olacağına, yoxsullaşacağına, bəzi təbirçilərə görə isə ailə üzvlərindən birinin dünyasını dəyişəcəyinə; quyuda, yaxud zirzəmidə oxuduğunu görərsə, kafir, yaxud münafiq olduğuna; küçəxə oxuduğunu görərsə, casusluq edəcəyinı dəlalət edir.
 Kirmani: Kim yuxusunda həyat yoldaşı ilə birlikdə azan oxuduğunu görərsə, yuxusu tezliklə dünyasını dəyişəcəyindən; azanın sözlərini artırıb-azaltdığını görərsə, insanlara  qarşı zülm və haqsızlıq edəcəyindən; azyaşlı bir uşağın azan oxuduğunu görərsə, valideynləri ilə vidalaşacağından; hamamda azan ozuduğunu görərsə, məişət və mənəvi həyatında mənfi dəyişikliklərin baş verəcəyindən; bir karvanın yolçuları, yaxud bir qoşunun əsgərləri arasında azan oxuduğunu görərsə, xoşagəlməz bir hadisə ilə üzləşəcəyindən; bir atəşpərəstin həbsxanada azan oxuduğunu görərsə, həbsdən azad ediləcəyindən; özünün əyləncə xatirinə, nəğmə kimi azan oxuduğunu görərsə, onu gözləyəm ölümdən; dağ başında azan oxuduğunu görərsə, hakimiyyət başçısı qarşısında haqqı bəyan edərək onu Haqq-təalanın yoluna dəvət edəcəyindən; minarədə azan oxuduğunu görərsə, nüfuz və rəyasət sahibu olacağından; evin bir küncündə azan oxuduğunu görərsə, haqq (doğru) bir işdə xəyanətkarlıq  edəcəyindən; zirzəmidə azan oxudğunu görərsə, tezliklə uzunmüddətli bir səfərə çıxacağından və səfərin əzab-əziyyətli keçəcəyindən; dağın döşündə azan oxuduğunu görərsə, zalım (haqsızlıq edən) insanların arasına düşəcəyindən və xəyanətə məruz qalacağından; bir kürsü,  yaxud taxtda oturaraq və ya ayaq üstə əyləncə  xatirinə azan oxuduğunu görərsə, ağlını, sağlam düşünmək qabiliyyətini itirəcəyindən; başqasının azan oxuduğunu və özünün də onu dinlədiyini görərsə, Rəbbinə ibadət və itaətdə səhlənkarlığa yol verməsindən və başqa bir şəxsin onu uca Allahın yoluna çağırmasından; iqamə oxunduğunu görərsə, doğru işlərdə müvəffəqiyyətə nail olacağından xəbər verir.
 İmam Sadiq (ə): Yuxuda azan on iki mənaya yozula bilər: 1) Həcc; 2) hər hansı bir söz, söhbət; 3) hökmranlıq; 4) nüfuz; 5) rəyasət; 6) səfər; 7) əlaqəni kəsmək; 8) iflas; 9) xəyanət; 10) casusluq; 11) münafiqlər və bədbinlik; 12) əlini üzmək.
Ayı: İbn Sirin: Yuxuda ayı alçaq xislətli düşmən, yaxud axmaq oğru deməkdir. Kim yuxusunda ayının belinə  mindiyini görərsə, yuxusu hökmdar tərəfindən alçaldıcı münasibət görəcəyinə; ayını öldürdüyünü görərsə, düşməninə üstün gələcəyinə; onun ətindən yediyini və ya üzərində onun dərisini daşıdığını (o cümlədən, ayı dərisindən hazırlanmış bir paltar geyindiyini) görərsə, qorxu və təhlükə ilə üzləşəcəyinə dəlalət edir.
 Kirmani: Yuxuda erkək ayı bədbəxt və kəmağıl kişiyə, dişi ayı isə eyni xüsusiyyətlərə malik qadına işarədir. Bir kişi yuxsunda dişi ayı tutduğunu (ram etdiyini) görərsə, belə bir qadınla evlənəcəyindən; erkək ayının onun evinə gəldiyini görərsə, qeyd edilən mənfi özəlliklərə malik  bir kişinin onun evinə qonaq gələcəyindən; ayını öldürdüyünü, yaxud onun belinə mindiyini görərsə, düşməninə qalib gələcəyindən xəbər verir.
Alqı-satqı
İbn Sirin: Yuxuda alış-veriş etmək pis əlamət hesab olunur. Kim yuxusunda başqa bir şəxsin onu kölə kimi satdığını görərsə, yuxusu işlərinin alt-üst olacağına işarə kimi yozulur.
 Kirmani: Yuxuda alqı-satqı alınan və satılan mal(lar)-ın dəyəri həcmində gəlir deməkdir.
Ağciyər:
Yuxuda ağciyər görmək şadlıq əlamətidir. İnsanın yuxusunda ikidən aqtıq ağciyəri olduğunu görməsi, sevinəcəyindən, ağciyərini kiməsə bağışladığını görməsi isə, həmin şəxsə qarşı lütfkarlıq göstərəcəyindən xəbər verir.
Cabir: Bir şəxs yuxusunda əti halal sayılan heyvanlardan birinin ağciyəri çiy, yaxud bişmiş haıda yediyini görərsə, yuxusu halal yolla qazanc əldə edəcəyindən xəbər verir.
Ad:
İbn Sirin: Yuxuda ad dəyişdirmək, yəni adın dəyişdirilən addan yaxşı olduğunu, məsələn, Məhəmməd, Əhməd, Səid, Saleh kimi adlardan biri olduğu təqdirdə xeyir əlamətdir. İlk adla müqayisədə pis ad olduğu təqdirdə isə günah və fitnə-fəsada işarə kimi yozulur.
 İmam Sadiq (ə): Yuxuda Əbulxeyr, Əbulfəzl, Əbu Səid kimi gözəl ad və künyələr eşitmək xeyirə əlamətdir. Əbucəhl, Əbuləhəb kimi mənfur ad və künyələr eşitmək isə şər və fəsad əlamətidir.
Alma:
İbn Sirin: Yuxuda yaşıl, yaxud qırmızı alma hökmdardan, ağ alma isə tacirlərdən gələcək mənfəətə, sarı və turş alma sıxıntı və xəstəliyə dəlalət edir. Yuxuda ağ almanı iki hissəyə bölmək yuxu görənin şərikindən ayrılacağına, ağacdan qırmızı alma dərib yemək isə qızı olacağına işarədir.
Kirmani: Yuxuda alma itkin düşmüş, yaxud doğmalarından uzaqda yaşayan bir şəxsdən gələcək xəbərə işarədir və yeyildiyi təqdirdə turşdursa, xoşagəlməz bir xəbərə; şirindirsə, xoş bir xəbərə dəlalət edir. Alma, həmçinin, yucu sahibinin işi, peşəsi ilə bağlı çalışqanlığının göstəricisi kimi də mənalandırılır. Hökmdar yuxuda alma görərsə, yuxusu məmləkətinə; tacir alma görərsə, ticarətinə qarşı diqqət və səylərindən xəbər verir. İnsanın yuxusunda öz malı olan almadan yediyini görməsi isə, o deməkdir ki, nə qədər çox yeyərsə, işində bir o qədər çalışqan olacaqdır.
İmam Sadiq (ə):Yuxuda  alma görmək səkkiz cür mənalandırıla bilər:  1) övlad; 2) mənfəət; 3) xəstəlik; 4) kəniz; 5) mal-dövlət və murad; 6) iqtidar, rəyasət; 7) yuxu görənin çalışqanlığı; 8) yaxında, yaxud uzaqda olan bir şəxsdən gələcək xəbər.
Arı:
İbn Sirin:  Yuxuda arı alçaq, rəzil insan deməkdir. İnsanın yuxusunda arının onu sancdığını görərsə, yuxusu alçaq bir insan tərəfindən xoşagəlməz bir şəkildə incidiləcəyindən, yaxud xoş bir söz eşidəcəyindən; çox sayda arının onun üstünə qonduğunu  və xüsusilə də dərisinə daraşmaqla qalmayıb onu sancdıqlarını da görərsə, alçaq adamların arasına düşəcəyindən xəbər verir.
Kirmani: Bir şəxs yuxusunda arı sancmasına məruz qaldığınl görərsə, yuxusu bədəməl bir qadın tərəfindən incidiləcəyinə, əziyyətə məruz qalacağına; evində böyük bir arı dəstəsinin toplaşdığını görərsə, sözgəzdirən, aravuran bir qadına işi düşəcəyinə; arını öldürdüyünü görərsə, düşməninə (rəqibinə) qalib gələcəyinə; naməlum bir yerdən bir dəstə arının uçub gəldiyini və bir yerə toplaşdığını görərsə, orada hansısa bir qoşunun dislokasiya olacağına (həmin ərazidə daimi və ya müvəqqəti yerləşdiriləcəyinə) dəlalət edir.
İmam Sadiq (ə): Yuxuda arı altı cür mənalandırıla bilər:1) səs-küy, iğtişaş; 2) alçaq, rəzil adamlar; 3) ordu, hərbi qulluqçular; 4) çəyirtkə; 5) düşmən; 6) övladlar.
Araba:
İbn Sirin: İnsanın yuxusunda bir arabaya mindiyini və arabanın hərəkət halında olduğunu görməsi, şərafət və böyüklük əlamətdir. Hökmdarın ona araba bağışladığını görməsi isə, gerçək həyatda hökmdar tərəfindən yüksək vəzifəyə təyin ediləcəyindən, yaxud onun dəstəyi ilə nüfuzlu bir insana çevriləcəyindən xəbər verir.
İmam Sadiq (ə): Yuxuda araba səkkiz mənaya yozula bilər: 1) izzət və vəzifə; 2) hakimiyyət; 3) məqam; 4) böyüklük; 5) heybət; 6) xoşbəxtlik; 7) yüksəliş; 8) işlərdə asanlıq.
Atəşgədə (atəşgah)
İbn Sirin: Atəşgədə səfeh, ağılsız insanların yeridir. Bir şəxs yuxuda atəşgədəyə getdiyini və orada ona bir şey verildiyini görərsə, təbirə görə, ona verilən şeyin önəmi, yaxud həcmi, miqdarı ölçüsünə zillət və rüsvayçılıqla üzləşəcək, lakin sonda peşman olacaq və pislikdən qurtaracaqdır.
Atmaq (itələmək, tullamaq)
İbn Sirin: Bir şəxs yuxusunda kimisə yuxarıdan aşağı atdığını, yaxud itələdiyini görərsə, bu o deməkdir ki, düşməninə (rəqibinə, yaxud bədxahına) qalib gələcək və ya ona qarşı  üstülük əldə edəcəkdir. Başqasının onu atdığını, yaxud itələdiyini görərsə, bu o deməkdir ki, düşməni (rəqibi, bədxahı) ona qalib gələcək və ya ondan üstün olacaqdır. Yuxusa bir kəsə daş atmaq bir insana ağlr sözlər sərf etmək deməkdir. Bəzi yuxu yozanlara görə isə bu yuxu onun zina, yaxud başqa bir günah ilə ittiham olunacağına işarədir. Saxşı atmaq da kimə isə ağır sözlər söyləməyə dəlalət edir. Təbirçilərin sözlərinə görə, insan yuxusunda bir şəxsin şəkər, badam, yaxud qənd atdığını görərsə, həmin şəxs yuxu görənin tanıdığı bir insan olduğu təqdirdə həmin qida məmulatlarından nə qədər çox atmışsa, bu yuxu da onun yuxu görənə bir o qədər yüksək dəyərdə bir hədiyyə verəcəyindən xəbər verir. Həmin şəxs yuxu görənin tanıdığı bir insan olmadığı təqdirdə isə o, həmin qida məmulatlarından nə qədər çox atmışsa, təbirə görə, yuxu görən də bir o qədər ciddi fəlakətlərlə üzləşəcəkdir. Qeyd edilən qida məmulatlarını dörd-ayaqlı heyvanlara atdığını görən şəxsin yuxusu isə öz mal-dövlətini cahillərə xərcləməsinin əlaməti kimi yozulur.
Ay
Danyal (ə): Yuxuda Ay vəzir deməkdir. Yuxuda əl uzadaraq Ayı göydən götürmək, yuxu görən şəxsin hökmdarın vəziri olacağına işarədir.
İbn Sirin: Yuxuda Ay hökmdarı simvolizə edir. İnsanım yuxusunda ayın iki hissəyə bölündüyünü görməsi hökmdarın, yaxud vəzirin öləcəyindən, Ayın onunla danışdığını görməsi əyalət başçısı təyin ediləcəyindən, iki Ayın bir-biri ilə çəkişdiyini görməsi iki hökmdar arasında düşmənçilik düşəcəyindən, onlardan birinin kiçildiyini görməsi isə həmin iki hökmdardan birinin iqtidarı itirəcəyindən xəbər verir.
 Cabir: Kişinin yuxusunda Ayı əlinə aldığını görmədi gözəl bir qadınla evlənəcəyindəm, Ayın hilal (təzə çıxmış aypara) olduğunu görməsi həmin qadının kübar bir ailədən olmadığınl xəbər verir. Ayı yuxuda görən şəxs dul qadın olarsa, yuxusu onun ərə gedəcəyindən xəbər verir.
 Kirmani: İnsanın yuxusunda bədr halında (on dörd gecəlik, tam dairə şəklinə düşmüş) Ayın onun evinə işıq saçdığını görməsi ailə üzvlərinin hökmdardan xeyir (maddi mənfəət) görəcəyindən, bədrlənmiş Ayın qaranlıq olduğunu görməsi hökmdardan dəstək alacağından, Ayın hilal şəklində doğduğunu görməsi övladının həmin bölgənin hakimi olacağından, Ayı əlinə aldığını, yaxud ona yaxınlaşdığını görməsi bilikli və müdrik bir oğlu olacağından, bu yuxunu hökmdarən yaxınlarından, əyanlarından birinin görməsi isə onun övladının gələcəkdə hökmdar olacağından xəbər verir.
İmam Sadiq (ə): Yuxuda Ayı görmək on yeddi cür yozula bilər: 1) hökmdar; 2) vəzir; 3) saray xadimi; 4) rəis; 5) cah-cəlal; 6) kəniz; 7) qulam; 8) yanlış və mənasız iş; 9) vali; 10) mənəviyyatsız alim; 11) rəhbərlik; 12) ana; 13) ata; 14) qadın (arvad) 15) övlad; 16) oğul; 17 alicənablıq.
Alaçıq
İbn Sirin: Bir kəs yuxusunda özü üçün alaçıq qurduğunu görərsə, yuxusu insanlar arasında nüfuz və hörmət qazanacağına , yaxud yüksək rütbəli komandir olacağına; qurduğu alaçığın hökmdara məxsus olduğunu görərsə, hökmdar tərəfindən ona hörmət və cah-cəlal  qazandıracaq yüksək mənsəbə layiq görüıəcəyinə; hökmdarın alaçığının uçduğunu görərsə, onun sərvətini itirəcəyinə; yandığını görərsə, onun dünyasını dəyişəcəyinə; gökmdarın alaçığından çıxarıldığıbı görərsə, onun öldürüləcəyinə; alaçığın havaya uçduğunu görərsə, başqa bir hökmdarın həmin ölkəni işğal edərək onun mülkünü əlindən alacağına dəlalət edir.
İmam Sadiq (ə): Yuxuda alaçıq beş mənayə yozula bilər: 1) səltənər;
2) rəyasət; 3) idarəetmə səlahiyyəti; 4) rəhbərlik; 5) komandirlik.
Alın:
İbn Sirin: Yuxuda alın insanların qədr-qiyməti, cah-cəlalı və ictimai statusuna dəlalət edir. Çünki uca Allaha səcdə etdikləri zaman yerə qoyduqları bədən nahiyəsidir. Bəzi təbirçilərə görə isə, alın yuxu görənin ailə üzvləri arasında zənginliyi ilə önə çıxacaq övladına işarədir. Kim yuxusunda alnında bur nişanə olduğunu görərsə, yuxusu dostunun namus və təqvası ilə tanınan insan olmasına; bir şəxsin onun alnını yaraladığını və alnındab qab axdığını görərsə, qədr-qiymətinin artmasına, vəzifəsinin, statusunun yüksəlməsinə; alnının kiçildiyini görərsə, qədr-qiymətinin azalmasına, vəzifəsinin, statusunun aşağı düşməsinə; alnının görünüşündə hansısa bir dəyişiklik baş verdiyini görərsə, hansısa bir zərərlə üzləşəcəyinə; alnında tük bitdiyini görərsə, borclanacağına; həmin tüklərin qırmızı, yaxud ağ rəngdə olduğunu görərsə, ailə üzvlərinə görə borclanacağına; alnının şişdiyini görərsə, mal-dövlətinin artacağına; alnından ilan, əqrəb, yaxud başqa bir şeyin çıxdığını görərsə, əzab-əziyyətlə qarşılaşacağına dəlalət edir.
 Cabir Məğribi: Kim yuxusunda alnında yaşıl xətt görərsə, bilikli və imanlı bir övladı olacağına; alnına ilahi rəhmətdən söz açan bir ayə yazıldığını görərsə, Yaradan tərəfindən bəyənilən bir aqibətə nail olaraq şəhid kimi dünyadan köçəcəyinə; ilahi əzabdan söz açan bir ayə yazıldığını görərsə, xeyirli aqibətə nail olmayacağına dəlalət edir.
İmam Sadiq (ə): Yuxuda alın altı cür yozula bilər: 1) mənsəb, qədr-qiymət; 2) izzət və ucalıq; 3) zəngin övlad; 4) güzəran; 5) dəyanət; 6) səxavət və nəciblik.
Aftafa:
İbn Sirin: Yuxuda aftafa evin çırağının həvalə edildiyi xadimə, yaxud kəniz deməkdir. Bəzi təbirçilərə görə isə aftafa bir tayfanın xidmətləri sayəsində müsibətlərdən xilas olduğu bir xadimə işarədir. Yuxuda əlində yeni bir aftafa tutmaq, yaxud başqasından almaq yuxu sahibinin yuxarıda qeyd edilən özəlliyə sahib bir xadiməyə sahib olacağına dəlalət edir. Yuxudq aftafanın sınması yuxu görənin xadiməsinin, kənizinin xəstələnmədi yaxud ölümündən; aftafanın istifadəyə yarasız vəziyyətə düşmədi isə qaçması, yaxud onun yanından ayrılmasından xəbər verir.
 İmam Sadiq (ə): Yuxuda aftafa doqquz yerə yozula bilər: 1) qadın; 2) xidmətçi; 3) kəniz; 4) səbat (yaxud nizam-intizam); 5) bədən; 6) uzun ömür; 7) mal-dövlət; 8) xeyir-bərəkət; 9) qadınlar üçün rahatlıq.
Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir