Batil əhlinin ittifaqı

Həzrət Əliyə (ə) bir-birinin ardınca xəbər çatırdı ki, Müaviyyənin ordusu şəhərlərə təcavüz edir. İmamın dostlarından olan iki şəxs- Yəmən şəhərinin  valisi və hakimi Müaviyyə tərəfindən Yəmənə həmlə edən Busr ibn Əbi Ərtahla vuruşmaqdan qorxduqları üçün Abdullah Səqəfini öz yerlərinə qoyub imamın (ə) yanına getdilər.
 İmam həmin iki nəfəri danladı, sonra isə ayağa qalxaraq minbərə çıxdı və belə buyurdu:
 “İxtiyari ipi mənim əlimdə olan Kufədən başqa heç bir yer mənim Hakimiyyətimdə deyil. Ey Kufə, əgər mənə səndən başqa heç nə qalmasa və sənin də qorxunc küləklərin əssə, onda Allah səni pis vəziyyətə salsın.”
Misal olaraq şairin bu şeirini oxudu:
“Ey Əmr, yaxşı atanın canına and olsun ki, mən bu xörək qabında qalan azacıq çirkə və yağa çatmışam.” Ondan sonra buyurdu: “Mənə xəbər çatıb ki, Busr Yəmənə daxil olub. Allaha and olsun ki, onların öz batil yollarında birlik və həmrəyliklərilə sizin haqq yolundan təfriqə və dağınıqlığınıza görə tezliklə sizlərə hakim kəsilib, hakimiyyətə sahib olacaqlarını güman edirəm. Ona görə ki, siz haqq yolunuzda İmam və rəhbərlərinizə itaətsizlik göstərirsiniz, onlar isə batil yolda olsalar belə öz rəhbərlərinə itaət edirlər. Onlar rəhbərlərinin əmanətini qoruyur, siz isə xəyanət edirsiniz. Şəhərlərində islah işləri ilə məşğuldurlar, siz isə fəsad törətməklə.”
 Bəli, Übeydullah və Səid qorxduqlarına görə qaçıb Abdullahı öz yerlərinə qoyublar. Bosr Yəmənə daxil olub həzrət Əlinin (ə) şiələrini, o cümlədən o iki nəfərin canişini Abdullah Səqəfini öldürdü.
 İmam Əli (ə) o ikisindən “Busrla niyə döyüşmədiniz?” soruşduqda üzrxahlıq etdilər və dedilər: “Biz onunla döyüşmək qabiliyyətinə malik deyilik.”
İmam (ə) burda şairin bir şeirini misal gətirdi:
“Allaha and olsun, mənim üçün sizlərin yerinə (öz qeyrət, şücaət və yoldaşlıqları ilə məşhur olan) Fərəs ibn Ğənəm övladlarından min süvarinin olmasını istərdim. Kömək və zəfər üçün əgər onları çağırsan, süvariləri yay buludları kimi sənə doğru gələrlər.
Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir