Bədr döyüşünçülərinin ittifaqı

İslama ilk iman gətirənlərin yekdilliklərinin ən bariz nümunələrindən biri hicrətin 3-cü ilində baş verdi.
Müşriklərdə 950 əsgər, 100 at, 700 dəvə, müsəlmanlarda isə 313 əsgər, 70 dəvə, 2 at, 6 zireh və 7 qılınc var idi. Göründüyü kimi müşriklərin ordusu və döyüş sursatları müsəlmanlarınkından çox idi. Müriklər tərəfdən Ütbə, Şeybə və Vəlid, müsəlmanlar tərəfdən Əli (ə), həzrət Həmzə və Übeydəyə qarşı mübarizəyə atıldılar.
Müşriklərdən olan Ömər ibn Vəhəb müsəlmanların ordusunu yoxlamaq üçün cəsusluq etməyə getdi. Qayıtdıqda isə belə dedi:
“Onların silahı və sayı azdır. Amma gördüm ki, Yəsrib (Mədinə) dəvələri ölüm daşıyır. Onların pənahı qılıncdır və ölməyincə döyüşə arxa çevirməzlər. Öz sayları qədər düşmən öldürməyincə öldürülməzlər. Bu işin aqibətinə yaxşı baxın. Çünki, bunlarla döyüş çətindir.”
 Həkim ibn Huzam bu sözləri eşitdikdən sonra Ütbədən müharibədən əl çəkməsini istədi. O, cavabında belə dedi: “Əbu Cəhli razı salmaq olmaz.”
 Döyüş başlandı. Müsəlmanların vəhdəti sayəsində müşriklərin böyüklərindən yetmiş nəfər öldürüldü, yetmiş nəfər isə əsir düşdü, yerdə qalanlar isə qaçdılar. Öldürülənlər arasında ümmətin fironu- Əbu Cəhl də var idi. Onun başı Peyğəmbərin (s) yanına gətirildikdə o həzrət (s) şükür səcdəsi etdi.
 Allah Təala müsəlmanların yekdil və müttəfiq olmalarına görə mələkləri onların köməyinə göndərdi. Necə ki, Qurani- Kərimdə, Ali İmran surəsinin 123 və 125-ci ayələrində belə buyurur: ” Biz Bədr döyüşündə siz müsəlmanlara kömək etdik və beş min mələyi sizin köməyinizə göndərdik”.
Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir