Yuxu yozma nədir

Təbir (yuxu yozma) elmi dəyərli və geniş bir bilik sahəsidir. Haqq-təala bu elmi Həzrət Yusifə (ə) bir lütf olaraq bəxş etmişdir.Rəbbimiz Qurani-məciddə buyurur: “Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik”.
  İbns Abbas deyir: “Uca Allahın öz elçisinə (Həzrər Məhəmməd (s)) peyğəmbərliyə dair verdiyi ilk nişanə mir müqərrəb mələyin yuxusunda ona: “Ey Məhəmməs! Müjdə ver, Allah səni özünə elçi seçərək səni vəhyə layiq görmüş və peyğəmbərlərin sonuncusu etmişdir”-deməsi olmuşdur”. Uca Yaradan Özü də  müqəddəs kəlamında bu həqiqəti təsdiqləyir: “… Lakin o, Allahın elçisi vəə peyğəmbərlərin sonuncusudur”. 
  Allahın elçisi ayıldıqdan sonra yuxusunu Həzrət Xədicəyə (s.ə) danışır. Həyat yoldaşı ona deyir: “Sevin, bu yuxu sənə xeyir və xoşbəxtlik gətirəcəkdir”.
  Peyğəmbər (s)  Merac gecəsindən sonra, doğru çıxan daha bir yuxu görmüşdü. Uca Allah həmin yuxu barəsində buyurur: “And olsun ki, Allah öz elçisinin röyasının çin olduğunu təsdiq etdi (gerçəyə çevirdi). (Ey Möminlər!) Siz inşallah, əmin-amanlıqla… Məsçidülharama daxil olacaqsınız… O, bundan qabaq (Məkkəyə girməzdən öncə sizə) yaxın bir qələbə də bəxş edəcəkdir”. 
 Rəbbimiz Həzrət İbrahimin (ə) əhvalatlarını nəql edərkən də onun gördüyü bir yuxudan bəhs edir: “(İsmail) yürüyüb qaçmaq (atasına kömək edə bilmək) çağına çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O, peyğəmbərinin yuxusunu təsdiqləyərək buyurur: “Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin! Biz yaxşı iş görənləri belə mükafatlandırırıq”.
 Hədislərdə bu elm Yusif peyğəmbərin (ə) möcüzəsi kimi təqdim edilir. Şübhəsiz, peyğəmbərin möcüzəsi sayılan bir elm dəyərli və dərin bir elmdir. Mürsəl olmayan bəzi peyğəmbərlərə peyğəmbərlik (İlahi vəhy, insanlara çatdırmalı olduqları göstərişlər tərc.) yuxu vasitəsilə bəxş edilirdi. Hişam ibn Ürvə atasına istinadən Haqq-təalanın  “Onlara dünya həyatında da, axirətdə də müjdə vardır…” ayəsində müjdə deyərkən əməlisaleh bəndələrinin yuxusunu nəzərdə tutduğunu rəvayət edir. Bu təfsiri təsdiqləyən əlinizdəki kitaba sığmayacaq qədər çox sayda ayə və hədislər mövcuddur. Əbuzərin  nəql etdiyi başqa bir rəvayətdə Allahın elçisinin (s) belə buyurduğunu oxuyuruq: “Saleh yuxu peyğəmbərliyin (Vəhyin, yaxud Allahla rabitənin tərc.) qırx altı qismindən biridir”.
 Abdullah ibn Abbasın Süleymana istinadən nəql etdiyi bir rəvayətdə isə oxuyuruq ki, doğru yuxu uca Allahın mömin bəndəsini dünyaya aldanmasın, Qadir Allahın əmrlərindən qafil olmasın deyə qarşıda onu gözləyən xeyir və şərdən agah edən bir vəhydir.
  Əbuzər deyir: Səfərlərdən birində Peyğəmbər (s) Mədinəyə qayıtdıqsan sonra dostları qəmgin halda onub ətrafına toplaşaraq  deyirlər: “Ey Allahın elçisi! Sənə Allahın dərgahından vəhy gəlir və sən də bizi vəzifələrimizdən xəbərdar edirsən. Allah qorusun, bəs, əcəl səni haqladıqsan sonra bizi kim məlumatlandıracaq, vəhy olamadan dinj vəzifələrimizi necə öyrənəcəyik?” Peyğəmbər (s) ona deyir: “Mənim vəfatımdan sonra vəhy kəsilir, lakin müjdəli xəbərlər sona çatmır”. Səhabələr: “Ey Allahın elçisi, müjdəli xəbərlər deyərkən nəyi nəzərdə tutursunuz?”- deyə soruşduqda isə belə cavab verir: Əməlisaleh bir insanın saleh bir yuxu görməsi, yaxud başqasının yuxusuna girməsini”.
  Salam Mərvi deyir: “Allahın elçisinin (s) söhbətlərindən birində səhabələrinə belə dediyini eşitdim: “Sizlərdən kimsə yaxşı bir yuxu görərsə, Haqq-təalaya şükür etsin və yuxusunu dostlarına,möminlərə danışsın. Əməlisaleh bir bəndə xoşagəlməz bir yuxu görərsə, “Əuzu billahi minəşşeytanır-rəcim!” (Qovulmuş şeytandan Allaha sığınıram) desin və zərər görməmək üçün həmin yuxunu kimdəyə damışmasın” 
  Başq bir rəvayətdə isə Möminlərin əmiri Həzrət Əlinin (ə) belə buyurduğu nəql olunur:  “Mömin bəndə bir yuxu gördükdə yaxşı yuxu olduğu təqdirdə (onun ehtiva etdiyi ilham və müjdədən) daha mükəmməl sürətdə faydalanmaq, pis yuxu olduğu təqdirdə isə aqibətindən (xəbərdar edildiyi təhlükədən) dua, ibadət və sədəqə ilə qorunmaq üçün gördüyü yuxunun təbirini bilməsi vacibdir”.
 İbn Sirin deyir: Kim bu elmin bütün mərhələlərini qət edərsə, bütün elmlərə sahib olmuş sayılır. Çünki insanın öyrənmək istədiyi digər elmlərin mövzusu bəllidir və həmin elmlər əlavə təbirə, şərhə ehtiyac duyulmayan müəyyən düsturlara malikdir. Yalnız bu elmin predmeti insanların (yuxu görənin) xarakteristikasını müəyyən edən astroloji hadisələr, peşə, mənəvi dəyərlər, etiqadlar, adlar və doğum tarixləri kimi müxtəlif faktorları əhatə edir. Çünki yuxunu bəzən eynilə, bəzən isə predmetinin mahiyyətinə uyğun şəkildə təbir etmək lazım gəlir. Habelə, yuxu bəzən qarmaqarışıq və mənasız yuxular qismindən də ola bilər.
 Beləliklə,insan hər hansı bir elmi öyrənərkən başqa elmləri dərindən bilməsinə gərək yoxdur. Yalnız müəbbirin (təbir elminin bilicisinin) Quran təfsiri, hədisşünaslıq, müxtəlif xalqların şifahi və yazılı ədəbiyyatına dair geniş biliklərə sahib olması zəruridir. O, həmçinin zirək və arif olmalı, insanlarln özəllikləri ilə bağlı məlumatlara sahib olmalı, onların xarakteristikasına yaxşı bələd olmalıdır. Bununla belə, uca Allahın yardımına ehtiyac duymadığını düşünməməlidir ki, Rəbbidə öz lütfi ilə onu haqqa (düzgün təbirə) doğru istiqamətləndirsin, dili həqiqəti, faydalı nəsihətləri söyləməyə qadir olsun. Uca Allah bizə ünvanladığı əmrləri (İlham, müjdə və xəbərdarlıqları) yalnız haram qidadan, mənasız və faydasız danışıqlardan və günahlardan uzaq olan pak təbiətli insanların dili ilə bizə çatdıra bilər. Müəbbir (yuxu yozan) bu xislətlərə malik olduqda ilahi müvəffəqiyyətdən nədibini alar. Bu mənada sözügedən ilahi nailiyyət onu peyğəmbərlərin varisi edir. Beləliklə, təbir sənəti özündə bir sıra kamal xislətlərini, fəzilətləri ehtiva etdiyinə görə, aqil insana vacibdir ki, bu dəyərli elmi yaxşı öyrənsin. Bilsin ki, bu elmin sirlərinə vaqif olmaq ona insanlar tərəfindəndğ təqdir və mükafat qazandıracaqdır. Çünki alimdən cahilə, sinfi, dini və s. mənsibiyyətindən asılı olmayaraq hər kəsin bu elmə ehtiyacı var. Əlbəttə ki, yalnız uca Allah barəsində: ” Onlar heyvan kimidirlər, hətta daha çox azğındırlar. Qafil olanlar da məhz onlardır.!-deyə buyurduğu insanlar istisna təşkil edir.
Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir