Müsəlmanların birliyinin qorxusu

Əbdül-Məlik Mərvanın höküməti dövründə müsəlmanlar arasında daxili çəkişmələr, hərc-mərclik şiddətli dərəcədə artmışdı. Bunu görən Roma padşahı öz vəzirləri ilə məsləhətləşib qərara aldı ki, müsəlmanların bu vəziyyətindən istifadə edərək ordu hazırlayıb onlarla müharibə etsinlər.  Bütün vəzirlər bu fikri bəyəndilər. Yalnız onların içərisində ən təcrübəli olan bir vəzir həmin fikrin əleyhinə idi. Bunun səbəbi vəzirdən soruşulduqda belə cavab verdi: “Sabah agah olarsız”.

Səhəri gün ölkənin böyükləri vəzirin yanına yığışıb cavab gözləyirdilər. Onun əmri ilə iki rəqib iti gətirib meydanın ortasına buraxdılar. Həmin iki it bir neçə andan sonra bir-birinə hücum etdilər. O qədər didişdilər ki, bədənləri al-qana boyandı. Bu vaxt vəzir başqa otaqdan bir canavar (yaxud tülkünü) bayıra çıxardıb meydanın ortasına apararaq o iki itin yanında buraxdı. İtlərin gözü rəqibə sataşdıqda bir-birindən əl çəkib həmin canavara hücum edərək onu qovdular.

Vəzir dedi: “Müsəlmanlarla sizin məsələniz eyni bu misal kimidir. Müsəlmanlar daxili ixtilafları olmasına baxmayaraq onlara hücum zamanı bu ixtilafları kənara qoyub müttəfiq olacaq və sizinlə müharibə edəcəklər”.

Şah və digərləri vəzirin bu fikrini bəyənib müsəlmanlarla müharibə etməkdən əl çəkdirlər.

 

Mənbə: Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir